• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ay Yer kürəsi ilə digər planetin toqquşmasından sonra yaranıb?

CƏMİYYƏT

08 Oktyabr 2022 | 03:35 | Müəllif: Qalib İbrahimoğlu

Ay Yer kürəsi ilə digər planetin toqquşmasından sonra yaranıb?

Məşhur olan fərziyyəyə əsasən milyardlarla il bundan öncə Yer kürəsinin nəzəri hesab edilən Teya adlı planet ilə toqquşması nəticəsində planetimizin peyki olan Ay yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, alimlər illərlə bu prosesin necə baş verdiyi üzrə müxtəlif nəzəriyyələr yaratmağa çalışırlar. Lakin bu məsələyə yekun nöqtə hələ də qoyulmayıb. Bununla belə mütəxəssislər tərəfindən reallaşdırılmış yeni kompüter modelləşdirməsi variantlardan birini sərgiləyib. NASA mütəxəssisləri tərəfindən aparılmış yeni kompüter simulyasiyası onu göstərib ki, planetimizin peyki olan Ay Yer kürəsi ilə Teyanın toqquşmasından bir neçə saat sonra formalaşmış ola bilər. Ayın necə yarandığını anlamaq üçün onun barəsində olan müxtəlif məlumatlardan istifadə etmək lazımdır. Buna misal olaraq Ayın kütləsini, orbitini, tərkibində olan kimyəvi elementləri və s. gətirmək olar. Bu məlumatlar əsasında müxtəlif ssenarilər hazırlanır və həmin ssenarilər Ayın mümkün yaranma proseslərini sərgiləyirlər.

Ayın yaranması ilə bağlı olan fərziyyələr yaxın keçmişdə Yer kürəsinin peykinin özəlliklərinin bəzi aspektlərini anlamağa kömək edirdilər. Əsas sirlərdən biri onda idi ki, Ayın kimyəvi tərkibi ilə Yer kürəsinin kimyəvi tərkibinin oxşarlıqlarını necə izah etmək olar? Alimlər materialları onların izotop tərkiblərinə əsasən analiz edə bilirlər. Bu isə obyektin necə və harda yaranmasına cavab verən əsas kimyəvi üsuldur. Ay səthindən əldə edilmiş nümunələrin laboratoriya şəraitində analizləri onu göstərdi ki, onların izotop tərkibləri Yer kürəsinin süxurlarına bənzəyir. Bu isə ona işarə edə bilər ki, Ayın tərkib hissəsini təşkil edən materialın böyük hissəsi uzaq keçmişdə Yer kürəsinə məxsus olub. Aparılmış əvvəlki kompüter modelləşdirilmələrində Teyanın Yer kürəsi ilə toqquşmasından sonra ondan ayrılmış parçaların orbitdə az miqdarda Yer kürəsi parçaları ilə birləşdikləri əks olunurdu.

 Hazırda bu ehtimal o qədər də inandırıcı deyil. Belə ki, bu cür ehtimalda Ay nümunələri ilə Yer kürəsi süxurları arasındakı oxşarlıq bu qədər yüksək olmazdı. Alimlər düşünürlər ki, real görünən varianta əsasən Ayın formalaşmasında daha çox Yer kürəsindən ayrılmış parçalar böyük rol oynayıb (technote.az). Bu ehtimal əsasən də daha çox Ayın səthini əhatə edir. Beləliklə mütəxəssislər tərəfindən reallaşdırılmış yeni kompüter modelləşdirilməsinə əsasən Ay Teya planeti ilə Yer kürəsinin toqquşmasından bir neçə saat sonra formalaşmış ola bilər. Daha əvvəllər isə bunun bir neçə gün və hətta il ərzində baş verdiyi düşünülürdü. Bu fərziyyənin təsdiqlənməsi və ya təkzib edilməsi üçün alimlər NASA-nın Ay proqramı çərçivəsində Yer kürəsinə çatdırılacaq yeni Ay nümunələrini analiz etməlidirlər. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR