• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sərvərin avtomobili Türkiyədə sərgilənəcək

CƏMİYYƏT

10 Fevral 2024 | 16:01 | Müəllif: Subhan Mahmudov

Sərvərin avtomobili Türkiyədə sərgilənəcək

Sosial şəbəkələrdən məşhur olan Sərvər Bəşirlinin avtomobili Adıyamanda sərgilənəcək.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat sosial şəbəkələrdən məşhur olan Sərvər Bəşirlinin avtomobilini Adıyamanda keçiriləcək sərgidə nümayiş etdirmək istəyir.

"Bu təklifi məmnuniyyətlə qəbul etdim. İstədikləri zaman götürə bilərlər", - deyə Sərvər Bəşirli təklifə cavab verib.

Xatırladaq ki, Türkiyədə ötən il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən dərhal sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş dövlətə köməyə tələsən Sərvər Bəşirlinin fotosu böyük rezonans doğurub, Türkiyə-Azərbaycan münasibətlərinin simvoluna çevrilib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026