Gəncədə piyadanı maşın vururaq öldürüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını yolu keçmək istəyən yaşlı qadını vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
















