• Bakı 18° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevə təbrik məktubu ünvanlayıb

SİYASƏT

20 May 2025 | 14:35

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

    "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

    Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq.

    Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik.

    Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk".


    SON XƏBƏRLƏR