Cənubi Koreya prezident administrasiyası ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen Inın APEC sammiti zamanı Koreyalararası sərhəddə qəfil görüşməsini çətin hesab edir.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə administrasiyanın Milli Təhlükəsizlik Agentliyinin üçüncü direktor müavini Oh Hyun-ju bildirib.
O, mətbuat konfransı çıxışı zamanı "Bizim administrasiyanın ümumi qiymətləndirməsi ondan ibarətdir ki, bu görüşün baş tutacağına dair heç bir konkret əlamət yoxdur" sözlərini işlədib.
Direktor müavini vurğulayıb ki, Cənubi Koreya prezident administrasiyası Şimali Koreyanın ehtimal olunan hərəkətləri ilə bağlı öz anlayışına əsaslanaraq, görüşü qeyri-mümkün hesab edir:
"Şimali Koreya çox vaxt Cənubi Koreyanın gözləntilərini puç edir".
Gülşən Şərif
Bakı 


