• Bakı 14° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Silahlı insident: 3 qadın və 13 yaşlı qız həlak oldu

DÜNYA

19 Noyabr 2023 | 19:36 | Müəllif: Subhan Mahmudov

Silahlı insident: 3 qadın və 13 yaşlı qız həlak oldu

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində baş verən atışmada 3 qadın və 13 yaşlı qız həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN polisə istinadən məlumat yayıb.

Bildirilib ki, yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır.

CNN-in məlumatına görə, 52 yaşlı Mavis Kristian qətldə şübhəli bilinir və axtarışdadır. Polis şübhəlinin "silahlı və son dərəcə təhlükəli" olduğunu deyib.

Ölən və yaralananların kimliyi, şübhəli şəxslə əlaqəsi barədə məlumat açıqlanmayıb./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR