• Bakı 27° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Qaribaşvili NATO baş katibinin nümayəndəsi ilə görüşdü

DÜNYA

19 Dekabr 2023 | 18:38 | Müəllif: Subhan Mahmudov

Qaribaşvili NATO baş katibinin nümayəndəsi ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Hökumət administrasiyası məlumat yayıb.

Görüşdə NATO-Gürcüstan əməkdaşlığının əsas istiqamətləri və Gürcüstanın Avroatlantik inteqrasiya istiqamətində əldə etdiyi irəliləyişlər müzakirə olunub. Baş nazir qeyd edib ki, Avropa və Avroatlantik məkana inteqrasiya ölkəsinin xarici və təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biridir.

Tərəflər dünyada və regionda, eləcə də Qara dəniz hövzəsində mövcud təhlükəsizlik mühiti və çağırışlar barədə fikir mübadiləsi aparıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026