Gürcüstan Avropa ilə Asiya arasında körpü olmaq üçün əlindən gələni edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili bildirib.
“Biz dəfələrlə Orta Dəhlizin ( Çin , Qazaxıstan , Xəzər dənizi, Azərbaycan , Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçən Nəqliyyat Dəhlizi) inkişafının vacibliyindən danışmışıq” deyən Darçiaşvilinin sözlərinə görə, bu, əsas prioritetlərdən biridir.
XİN başçısı qeyd edib ki, gələcəkdə Gürcüstanın bir tərəfdən etibarlı tərəfdaş, digər tərəfdən isə iki qitə arasında körpü olması üçün səyləri əsirgəməyəcəklər.
Günəş Mərd
















