• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"İranla qardaşıq, amma…" - Pakistan prezidenti

DÜNYA

18 Yanvar 2024 | 16:45

"İranla qardaşıq, amma…" - Pakistan prezidenti

"Biz İranla qardaşıq, amma torpaqlarımızı qorumaq üçün bütün tədbirləri görəcəyik".

Bakıvaxtı.az "Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İranla gərginliyin artmasından sonra Pakistan prezidenti Arif Alvi bildirib.

Alvi açıqlamasında Pakistanın milli təhlükəsizliyi və ərazi bütövlüyündən güzəştə getməyəcəyini vurğulayaraq, ölkəsinin ordusunun İranın Sistan-Bəlucistan əyalətindəki “terrorçuların sığınacaqlarına” hücumunu təqdir edib.

O, terrorun ortaq problem olduğunu vurğulayıb.

Pakistanın bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etdiyinə diqqət çəkən Alvi, digər ölkələrin də beynəlxalq hüququ pozmamasını gözlədiklərini qeyd edib.

Alvi İranla bağlı problemlərin dialoq və qarşılıqlı məsləhətləşmə yolu ilə həll edilməli olduğuna diqqət çəkib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR