• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Özgür Özel Atatürkün partiyasının tabutuna son mismar vurdu” - Ərdoğan

DÜNYA

18 Yanvar 2024 | 17:10 | Müəllif: Qalib İbrahimoğlu

“Özgür Özel Atatürkün partiyasının tabutuna son mismar vurdu” - Ərdoğan

“Ölkəmizin 2-ci ən böyük partiyası olan CHP, təəssüf ki, indiki idarəçilik dövründə imperialistlərin dayağı oldu”.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, CHP-nin separatçı təşkilatın nəzarətindən çıxa bilmədiyi üçün DEM Partiyasının üzvləri ilə əməkdaşlığı çirkli oyunun son səhnəsidir: “Onlar Qəndil uzantılarında qırmızı xalçalar döşəyərək, türk bayraqlarını və Atatürk şəkillərini çıxararaq işbirliklərini ictimaiyyətə açıqlayıblar. Onların seçkilərdə, bələdiyyələrdə əməkdaşlığı uzun müddətdir ki, gizli şəkildə davam edir”.

Ərdoğan qeyd edib ki, may seçkilərindəki bütün məğlubiyyətin günahını göz yaşı tökdüyü Kamal Kılıçdaroğlunun üstünə yükləyən Özgür Özel “Bismillah” belə demədən iradəsini terror təşkilatının nümayəndələrinə təslim edib.

“Özgür Özel separatçılarla işbirliyi quraraq Qazi Mustafa Kamalın qurduğu partiyanın tabutuna son mismar vurdu”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026