• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna fəlakətə sürüklənir, yorulmuşuq - Arestoviç

DÜNYA

19 Dekabr 2023 | 19:04 | Müəllif: Subhan Mahmudov

Ukrayna fəlakətə sürüklənir, yorulmuşuq - Arestoviç

Qərbin Kiyevə silah tədarükü ilə bağlı fikir ayrılığı və Ukrayna cəmiyyətinin yorğunluğu səbəbindən ölkə fəlakətə sürüklənir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Teleqram kanalında yazıb.

“Möcüzə baş vermədi. Qərb Ukraynaya yardımla bağlı razılığa gəlmədi. Cəmiyyətə bir ay əvvəl göründüyü kimi hər şeyin heç də rəngarəng olmaması ilə bağlı siqnallar daxil olmağa başlayır. Bu siqnallar cəbhədə problemlər, iqtisadiyyat və səfərbərliyin güclənməsi ilə bağlıdır. Biz artıq yorulmağa başlayırıq”, - deyə Arestoviç bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026