Sülh dövründə orduda ölənlərin sayı dinamik şəkildə artır, intiharlar da eyni dərəcədə artır.
Bakıvaxtı.az bildirir ki, bunu Ermənistan Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Andranik Yeqoyan deyib.
"Bu itkilər orduda nizam-intizamla bağlı ciddi problemlərin olduğunu göstərir. 2018-ci ildə 63, 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64, 2023-cü ildə isə daha çox ölüm halı qeydə alınıb", - o bildirib.
















