• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

CƏMİYYƏT

10 Iyun 2026 | 14:23 | Müəllif: Qalib İbrahimoğlu

SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

“AzInTelecom” MMC Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, rürk dövlətlərinin qlobal maliyyə inteqrasiyası mövzusunda keçirilən sammitdə “AzInTelecom”un stendi qurulub. Stenddə şirkətə məxsus olan SİMA Rəqəmsal Həllər Platformasının maliyyə sektoru üçün faydalı məhsulları barədə iştirakçılara məlumat verilib.
 
Tədbirdə şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev “Biometriyanın fintekdə müasir rəqəmsal həllərə təsiri” mövsuzunda çıxış edib. O, öz çıxışında müasir fintek ekosistemində istifadəçi təcrübəsinin sürətləndirilməsi və maliyyə əməliyyatlarının təhlükəsizliyində biometrik texnologiyaların əsas funksiyasından bəhs edib. F.Fərəcullayev qeyd edib ki, üztanıma və digər biometrik identifikasiya həlləri maliyyə institutlarında fırıldaqçılıqla mübarizə və məsafədən xidmət göstərilməsi proseslərində kritik rol oynayır.

Müzakirələrdə kibertəhlükəsizlik, yaşıl maliyyə, investisiya imkanları və insan kapitalının inkişafı kimi aktual mövzulara da toxunulub. “AzInTelecom”un tədbirdə iştirak məqsədi regionda fintek ekosisteminin inkişafında öz innovativ həlləri ilə yaxından iştirak etmək olub.

“AzInTelecom” haqqında

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC 2015-ci ildən bulud həlləri, rəqəmsal identifikasiya və kiberbəhlükəsizlik sahəsində ixtisaslaşmış olaraq fəaliyyət göstərir. Şirkət “Hökumət buludu” və SİMA rəqəmsal həllər platforması kimi ölkəmiqyaslı layihələrin provayderidir


SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq SammitindəSİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq SammitindəSİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq SammitindəSİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026