• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Şimal axını”nda təxribat olması TƏSDİQLƏNDİ

İQTİSADİYYAT

06 Oktyabr 2022 | 19:15 | Müəllif: Subhan Mahmudov

"Şimal axını”nda təxribat olması TƏSDİQLƏNDİ

İsveç Təhlükəsizlik Polisi (SAPO) “Şimal axını” sisteminin qaz kəmərlərində sızma yerlərinin təftişini başa çatdırıb.

“Təhlükəsizlik Polisi hadisə yerini araşdırdıqdan sonra müəyyən edib ki, İsveç iqtisadi zonasında “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar baş verib və boru kəmərlərinə xeyli ziyan dəyib”, - SAPO-nun press-relizində bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, Təhlükəsizlik Polisi Milli Təhlükəsizlik Baş İdarəsinin prokurorluğunun rəhbərliyi altında “Şimal axını” hadisəsi ilə bağlı ilkin araşdırma aparıb. Hadisə yerinə baxış başa çatdıqdan sonra prokuror Mats Yunqkvist ətraf beş millik zonada naviqasiya qadağasını aradan qaldırıb.

O, cinayət yerindən dəlillərin götürüldüyünü və araşdırılacağını qeyd edərək, “İstintaqın təxribat versiyası ehtimalı güclənib”, - deyə vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026