• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şimal Buzlu okeanın adının dəyişdirilməsi istənildi

DÜNYA

01 Fevral 2025 | 20:11 | Müəllif: Subhan Mahmudov

Şimal Buzlu okeanın adının dəyişdirilməsi istənildi

"Həqiqət üçün ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironov ABŞ prezidenti Donald Trampın “coğrafiya və toponimiya” sahəsində apardığı “geosiyasi mübarizə”yə cavab olaraq Şimal Buzlu Okeanının adının dəyişdirilərək Rusiyanın şimalı adlandırılmasını təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu  barədə Rusiya mətbuatı məlumat dərc edib. 

"Rusiya da bu sahədə təşəbbüs göstərməlidir. İlk növbədə, Arktikaya diqqət yetirin. Bu, bizim üçün həyati əhəmiyyət kəsb edən, əcdadlarımızın qədim zamanlardan inkişaf etdirdiyi makroregiondur və Rusiyanın buradakı prioriteti hər şeydə, o cümlədən coğrafi adlarda özünü göstərməlidir", - deyə Mironov qeyd edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026