• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Şimali Koreya ABŞ-a raket sınaqları ilə cavab verdi

DÜNYA

25 Iyul 2023 | 11:10

Şimali Koreya ABŞ-a raket sınaqları ilə cavab verdi

ABŞ-ın nüvə sualtı qayığının Cənubdakı donanma bazasına çatmasından bir neçə saat sonra Şimali Koreyadan iki ballistik raket buraxılıb və ölkənin şərq sahillərində dənizə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi də Şimali Koreyanın raket sınaqlarını təsdiqləyib.

USS Annapolis sualtı gəmisinin Cənubi Koreyanın Ceju adalarına çatdığı açıqlanıb.

ABŞ-ın bir həftə ərzində ikinci dəfə bölgəyə sualtı qayıq göndərməsinin bölgədəki gərginliyi artırdığına dair şərhlər verilir.

Vaşinqton Pxenyan administrasiyasının raket sınaqları ilə bağlı müttəfiqləri ilə koordinasiyada olduğunu açıqlayıb. Verilən açıqlamada raketlərin ABŞ ordusunun şəxsi heyəti və müttəfiq qüvvələri üçün heç bir təhlükə yaratmadığı bildirilib.

Qeyd edək ki, Şimali Koreya həm Cənubi Koreyanı hədəfə ala biləcək taktiki nüvə silahı, həm də ABŞ materikinə çata bilən uzaqmənzilli raketlər hazırlayır. Həmçinin, ABŞ-ın bölgədəki hərbi varlığının artması gərginliyi daha da artırır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR