Şimali Koreya "Hvasonq-12" tipli “uzaq mənzilli ballistik raketi” sınaqdan keçirib.
Bakıvaxtı.az-ın məlumatına görə, Şimali Koreyanın Dövlət Agentliyi yanvar ayında yeddinci və ən böyük raket sınağının fotolarını paylaşıb.
Məlumata görə, ölkənin şimal-qərb bölgəsində ən yüksək bucaq atma sistemi ilə "Yaponiya dənizinin (Şərq dənizi) sularına doğru aparılan sınağın “qonşu ölkələrin təhlükəsizliyi nəzərə alınmaqla” həyata keçirildiyi bildirilib.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, 5000 kilometr mənzilli “Hwasong-12” raketləri bütün Yaponiyaya və ABŞ-ın Sakit okeanın qərbindəki Quam adasına çata bilər.
Aytac Aslan
















