• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Sinovac” peyvəndi uşaqlara da vurulacaq

DÜNYA

06 Iyun 2021 | 09:43

“Sinovac” peyvəndi uşaqlara da vurulacaq

Çinin əczaçılıq şirkəti “Sinovac Biotech”in prezidenti Veydonq Yin “Sinovac” peyvəndinin 3-17 yaş arası uşaqlarda istifadə üçün təsdiqləndiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı məlumat verib.

Veydonq Yin “Sinovac”ın bu ilin əvvəlində gənclər üzərində klinik sınaqlara başladığını, birinci və ikinci mərhələlərin tamamlandığını deyib.

I və II mərhələlərdə aparılan klinik sınaqların ilkin nəticələrinə görə, peyvəndin 3-17 yaş arası uşaqlarda immunitet yaratdığı və əksər yan təsirlərinin yüngül olduğu bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1 iyun tarixində Çin tərəfindən hazırlanan “Sinovac” peyvəndinin təcili istifadəsini təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026