• Bakı 21° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Sinqapurdan Azərbaycana pul köçürmələri təxminən 40 % artıb

İQTİSADİYYAT

21 Mart 2025 | 17:44

Sinqapurdan Azərbaycana pul köçürmələri təxminən 40 % artıb

Ötən il Sinqapurdan fiziki şəxslər tərəfindən Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 3,876 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, il ərzində bu göstərici 39,98 % və ya 1,107 milyon ABŞ dolları artıb.

Ölkəyə pul köçürmələrinin ümumi həcmində Sinqapurun payı 0,4 % təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər 1,082 milyard ABŞ dolları (-34,56 %) həcmində pul köçürmələri həyata keçirib.

2023-cü ildə Sinqapurdan Azərbaycana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrinin həcmi 2,769 milyon ABŞ dolları, xarici ölkələrdən həyata keçirilən köçürmələrin ümumi həcmi isə 1,654 milyard ABŞ dolları təşkil edib.


SON XƏBƏRLƏR