• Bakı 16° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Kilauea vulkanı yenidən aktivləşdi

DÜNYA

08 Iyun 2023 | 14:59

Kilauea vulkanı yenidən aktivləşdi

Dünyanın ən aktiv vulkanlarından sayılan Havay adalarındakı Kilauea vulkanı  3 aylıq fasilədən sonra yenidən aktivləşib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, vulkandakı aktivliyə görə bölgədə həyəcan siqnalı qırmızıya yüksəlib.

Vulkan rəsədxanasının kamerasına əks olunan görüntülərdə dağın zirvəsindəki kraterdə partlayışların başladığını göstərən parıltılar aşkar edilib.

Sonuncu dəfə yanvar ayında aktivləşən vulkan mart ayına qədər fəaliyyətini davam etdirib. Üç aylıq durğunluqdan sonra sehrli püskürmələr bu sükutu pozub. Səlahiyyətlilər vulkanlar milli parkında yerləşən vulkanın ətrafında təhlükə altında olan yaşayış məntəqələrinin olmadığını açıqlayıb. Bildirilib ki, lava axını hazırda vulkanın krateri ilə məhdudlaşıb. Bununla belə, ərazidəki xəbərdarlıq kodu narıncıdan qırmızıya yüksəldilib.

Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb. Hər vulkan Kilauea qədər zərərsiz deyil.

Vulkan püskürmələri 2000-ci ildən bəri 2000-ə yaxın insanın ölümünə səbəb olub.

Ay Tac


SON XƏBƏRLƏR