• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şirvan sakini 12 min manatlıq dələduzluğa görə tutulub

CƏMİYYƏT

08 Fevral 2024 | 11:20

Şirvan sakini 12 min manatlıq dələduzluğa görə tutulub

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif vədlər verərək vətəndaşlara məxsus maddi vəsaitləri mənimsəyən şəxs məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, qeyd olunan əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Elşad İsmayılov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, onun vətəndaşların etibarından istifadə edərək, xarici dövlətlərin birində işləmək üçün müvafiq sənədlər almaları üçün yalan vədlər verib və zərərçəkənlərin ümumilikdə 12000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, E.İsmayılov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər E.İsmayılovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026