• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Siyasi partiyalar üçün qeydiyyat sadələşdirilməlidir

CƏMİYYƏT

08 Sentyabr 2022 | 10:42

Siyasi partiyalar üçün qeydiyyat sadələşdirilməlidir

“Hökumətlər sahibkarlığı inkişaf etdirmək istəyəndə bir qayda olaraq sahibkarlıq subyektlərinə güzəştlər (vergi, gömrük, kredit) tətbiq edir, onların qeydiyyatını asanlaşdırırlar, maliyyə uçotu sistemini sadələşdirirlər, satışa dəstək verirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev bildirib.

Ekspert təklif edib ki,  eyni addım siyasi partiyaların, mətbuatın, qeyri-hökumət təşkilatlarının inkişafına münasibətdə də tətbiq edilməlidir:

“Yəni qeydiyyat sadələşdirilməli, maliyyələşməsinə dəstək verməli, fəaliyyətinə imkan yaradılmalıdır. Əgər bunların heç biri yoxdursa, üstəgəl şərtləri daha da sərtləşdirişirsə, deməli, hökumət həmin institutların inkişafında maraqlı deyil.  Əgər hökumət vətəndaş cəmiyyəti institutlarının inkişafında maraqlı deyilsə ilk növbədə cəmiyyətə böyük zərbə vurur, daha sonra özünə. Çünki vətəndaş cəmiyyəti institutları çökdürülmüş ölkədə radikallıq baş qaldırır”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026