Sloveniyanın xarici işlər naziri Tanya Fajon Qəzzada müharibənin dayandırılmalı olduğunu, mülki insanları qorumaq və humanitar yardım göstərmək üçün çalışdıqlarını bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Aİ ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda bir araya gələrək Yaxın Şərq və Ukraynadakı hadisələri müzakirə etdikləri toplantıya qatılan Fajon jurnalistlərə açıqlamasında İsrailin hərəkətlərini şiddətlə qınadığını bildirib.
Fajon ölkəsinin Qəzzada müharibəni dayandırmaq çağırışını təkrarlayaraq, mülki insanları qorumaq və bölgəyə humanitar yardım göstərmək üçün səy göstərdiklərini qeyd edib.
Əli Hüseynov
















