• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Son 20 ildə Bakının ən soyuq və ən isti fevralı

CƏMİYYƏT

31 Yanvar 2022 | 17:45 | Müəllif: Qalib İbrahimoğlu

Son 20 ildə Bakının ən soyuq və ən isti fevralı

"Son 20 ilin fevral ayı ərzində Bakı şəhərində ən yüksək temperatur 2020-ci il fevralın 7-də 25 dərəcə isti qeydə alınıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, lakin növbəti gün hava kəskin dəyişib, havanın temperaturu müsbət 9 dərəcəyə yaxınlaşıb.

Çoxillik meteoroloji məlumatlara əsasən, Bakıda fevral ayı üçün ən soyuq hava isə 2012-ci ildə, daha dəqiq fevralın 8-i qeydə alınıb və Bakı şəhəri üçün görünməmiş 11 dərəcə şaxta ilə yadda qalıb.

"2017-ci ilin fevralın 2-də paytaxt 29 sm-lik qar örtüyünə bürünüb. 2004-cü il fevralın 24-də Bakıda hər kvadrat metrə 43 litr miqdarında yağıntı düşüb, yəni bir sutkada 2 aylıq norma miqdarında güclü yağıntı qeydə alınıb. 2007-ci il fevralın 24-25-də Bakıda xəzri küləyinin sürəti saniyədə 35-41 metrədək şiddətlənib", - deyə U.Tağıyeva qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026