• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Son gündə 32 mindən çox insan Ukraynanı tərk edib - BMT

DÜNYA

17 Aprel 2022 | 14:24

Son gündə 32 mindən çox insan Ukraynanı tərk edib - BMT

Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan bəri, qonşu ölkələrə Ukraynadan 4,86 ​​milyondan çox qaçqın gəlib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bu gün verdiyi məlumatda bildirilir.

Məlumata görə, bu rəqəm bir gündə 32,000-dən çox artıb, fevralın 24-dən aprelin 16-dək Ukraynanı tərk edənlərin sayı 4 milyon 869 min 19 nəfərə çatıb.

Gün ərzində 32 574 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.

BMT QAK-ın məlumatına görə, fevralın 24-dən aprelin 16-dək Rusiyaya 484 725, Polşaya 2 763 786, Rumıniyaya 738 862, Macarıstana 458 654 qaçqın gəlib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026