• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Şərəfsiz”, “təlxək”, “çəpgöz”... - Bir-birini təhqirdən belə çəkinməyən məşhurlar - SİYAHI

MƏDƏNİYYƏT-ŞOU

27 Mart 2024 | 10:52

“Şərəfsiz”, “təlxək”, “çəpgöz”... - Bir-birini təhqirdən belə çəkinməyən məşhurlar - SİYAHI

Xəbər verdiyimiz kimi, aşıq Mübariz Camaloğlu və müğənni Pünhan Piriyev arasında soyuq küləklər əsir. Qeyd edək ki, ötən gün sənətçilər bir-birilərini təhqir ediblər.

Bəs başqa hansı məşhurlarımız arasında qalmaqal yaşanıb?

Bakıvaxtı.az qalmaqal yaşayan bəzi məşhurların siyahısını təqdim edir:

1. Afət Fərmanqızı - Flora Kərimova:

Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı artıq illərdir ki, qalmaqaldadılar. Belə ki, illər öncə təməli qoyulan bu qalmaqal zamanla məhkəməyə qədər gedib çıxıb. Əvvəlcə Kərimova Fərmanqızını məhkəməyə verib, 100 min manat təzminat istəsə də, sonradan qarşı tərəf məhkəməyə üz tutub.

2. Afət Fərmanqızı - Vəfa Şərifova:

Afət Fərmanqızının qalmaqal yaşadığı daha bi müğənni Vəfa Şərifovadır. İllərdir ki, sənətçilər arasında əsən soyuq küləklər bir neçə ay öncə “şimşəy”ə çevrilib, “Dağlar oğlu dağlar” mahnısı ilə müğənnilərin üzərlərinə “düşüb”. Belə ki, ötən ilin sonlarında Afət Fərmanqızının ifa etdiyi mahnını Vəfa Şərifovanın da ifa etməsi ortalığı qarışdırıb. Buna susmayan Afət sosial media hesabında paylaşım edərək, həmkarının ünvanını daş qalaq edib. Vəfa da öz növbəsində Fərmanqızından geri qalmayaraq sənət yoldaşını tənqid etməkdən çəkinməyib.

Sənətçilər hələ də qalmaqaldadırlar. Onlar zaman-zaman şou verilişlərində və sosial media hesablarında bir-birilərinə söz atırlar.

3. Vəfa Şərifova - Şəbnəm Tovuzlu:

Vəfa Şərifova da qalmaqallar mövzusunda şou biznesin öndə gedən simaları sırasındadır. Belə ki, o, uzun zamandır həmkarı Şəbnəm Tovuzlu ilə küsülüdür. Sosial mediada sənətçilərin eyni bəyə görə dalaşdıqları iddia edilir. Məlumatlara görə, Vəfa Şəbnəmin həyat yoldaşı ilə qeyri-qanuni nikaha daxil olub. Bu da Tovuzlunun səbir kasasının dolmasına səbəb olub.

Tərəflər arasındakı qalmaqal son zamanlar səngisə də, bir neçə həftə öncə yenidən alovlanıb. Onlar bir-birlərinin ünvanlarına xoşagəlməz sözlər işlədiblər.

4. Təranə Qumral - Nazənin Salayeva:

Şou biznesin ən uzunömürlü qalmaqallarından biri də Təranə-Nazənin davasıdır. Bu qalmaqalın təməli də illər öncə qoyulub.

Söz-söhbətə səbəb isə sevgi mövzularıdır. Belə ki, Nazənin Salayeva müsahibələrinin birində Təranə Qumralın onun ərinin keçmiş sevgilisi olduğunu iddia edib. Bu isə qarşı tərəfi özündən çıxarıb. Təranə açıqlamasında bunu inkar edərək, Nazənini “çəpgöz” adlandırıb.

5. Brilliant Dadaşova - Röya Ayxan:

Şou biznesdə qısqanclıq səbəbindən də yaşanan qalmaqallar da az deyil. Bunlardan biri də Xalq artistləri Röya Ayxan və Brilliant Dadaşova arasındakı qalmaqaldır.

Tərəflər bir-birilərinin ünvanlarına təhqiramiz sözlər işlətməsələr də, onların münasibətləri heç də yaxşı deyil. Brilliant Dadaşova zaman-zaman Röyanı tənqid etməkdən çəkinmir. Röya Ayxan isə müsahibələrinin birində həmkarı ilə barışmaq istəyinin olduğunu bildirib.

6. Səidə Sultan - Röya Ayxan - Natavan Həbibi:

İllərdir davam edən qalmaqallar sırasında keçmiş “W-trio” qrupunun üzvlərinin qalmaqalları da yer alıb. Röya ,Natavan və Səidə arasındakı söz-söhbət zamanla başqa məcralara yuvarlansa da, əsas qalmaqal ocaqları Röya və Səidə, həmçinin Səidə və Natavan arasında yanmaqda davam edir.

Bu siyahını yetəri qədər uzatmaq olar.

Ümid edirik ki, bizim sənətçilərimiz bundan sonra qalmaqal yox, sənətləri ilə fərqlənməyi üstün tutarlar.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Aprel 2024