"Space" radiosuna yeni direktor təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, 104 FM dalğasının direktoru vəzifəsini bu gündən Sərxan Qədimov icra etməyə başlayıb.
Qeyd edək ki, 14 il ATV telekanalında çalışan Sərxan Qədimov daha sonra "Space" televiziyasında Musiqi departamentinin rəhbəri kimi fəaliyyətini davam etdirib.