• Bakı 17° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

"Stresslə mübarizə aparmaq doğru deyil, çünki..." - PSİXOLOQ

CƏMİYYƏT

14 Sentyabr 2021 | 14:38

"Stresslə mübarizə aparmaq doğru deyil, çünki..." - PSİXOLOQ

Təəssüflər olsun ki, koronavirus insanların tək sağlamlığına yox, həm də psixologiyasına ciddi zərbələr endirib. Pandemiya dövrünə görə bir çox işi yolunda getməyən insanların əhval-ruhiyyəsi xeyli aşağı düşüb. Bəs psixoloji gərginlik immun siteminə təsir edərək virusa daha tez yoluxmağımıza şərait yarada bilər?

Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a danışıb:

Psixoloji gərginlik, stress, təşviş halı immun sisteminin zəifləməsinə birbaşa təsir göstərir. Nəzarət altında olan stress insanları canlı saxlayır. Lakin təşviş problem yaradır. İmmun sistemi orqanizmin əsgəri və polisidir. Onlar zərər görürsə hər cür təhlükə rahatlıqla orqanizmə yaxınlaşa bilər. Buna görə də kontrollu stressi həyatımıza daxil edirik amma təşvişi əsla. Stress maşın idarəetməyə bənzəyir. Doğru istifadə olunarsa hədəfə rahatlıqla çata bilər. Təşvişli olarsa, qəza törədər, heç nə etməsə idarəetməni itirər. Az stress hədəfə yönəldir. İdarə olunan enerji mənbəyidir. Stresslə mübarizə aparmaq doğru deyil, o, sadəcə idarə olunmalıdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR