• Bakı 15° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Kərim Vəliyev iranlı generalla görüşdü

SİYASƏT

30 Sentyabr 2026 | 17:44 | Müəllif: Əli Hüseynov

Kərim Vəliyev iranlı generalla görüşdü

Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Birliyin Gücü - 2026” birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə İştirak etmək üçün İran Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Azərbaycan müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan general-polkovnik K.Vəliyev ordularımız arasında əlaqələrin genişlənməsi və təcrübə mübadiləsinin artırılması baxımından qarşılıqlı səfər və görüşlərin əhəmiyyətini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən qonaq ölkəsinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış Azərbaycanla ikitərəfli hərbi əməkdaşlığın inkişafına maraqlı olduğunu bildirib.

Görüşdə həmçinin regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026