Sudanda vətəndaş müharibəsinə son qoymaq üçün bu gün İsveçrədə danışıqlar başlayır.
Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlar Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri yarımhərbi qruplaşması arasında keçirilir.
Təxminən 10 gün davam edəcəyi gözlənilən danışıqlara Səudiyyə Ərəbistanı və İsveçrə ev sahibliyi edəcək. Afrika Birliyi, Misir, Birləşmiş Ərəb Əmirlikləri və BMT isə müşahidəçi qismində iştirak edəcək.
Sudan hökuməti isə RSF-yə dəstək verməkdə ittiham etdiyi Birləşmiş Ərəb Əmirliklərinin müşahidəçi qismində iştirakına qarşıdır. Lakin BƏƏ mümkün atəşkəsin etibarlı olmasını təmin etmək üçün həm Birləşmiş Ərəb Əmirliklərinin, həm də Misirin danışıqlarda iştirak etməli olduğunu bildirib.
İsveçrədə baş tutan danışıqlarla bağlı ABŞ-nin xüsusi təyinatlısı Tom Perriello qeyd edib ki, Suriya ordusu hələlik iştiraka razılıq verməyib:
"Beynəlxalq və texniki tərəfdaşlarımızla birlikdə Sudan xalqını dəstəkləmək üçün bütün variantları nəzərdən keçirməyə davam edəcəyik. RSF qeyd-şərtsiz iştirak etməyə razılaşıb".
Gülşən Şərif