• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Sülhə mane olmayın!" - Prezidentin nümayəndəsi

CƏMİYYƏT

20 Sentyabr 2023 | 17:45

"Sülhə mane olmayın!" - Prezidentin nümayəndəsi

“Azərbaycan öz işini özü həll etməyə məcbur oldu”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək: “Bu isə sülh prosesinə rəvac verəcək”.

E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər: "Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026