Sumqayıt Tibb Mərkəzində ilk dəfə endoprotez əməliyyatı icra olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə media-tur zamanı Mərkəzin direktoru Elnur Azadxanov bildirib.
Onun sözlərinə görə, qadın pasiyent üzərində həyata keçirilən sağ diz oynağının total artroplastikası əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.
Əməliyyat travmatoloq-ortopedlər Fuad Ağayev və Bəxtiyar Əliyev tərəfindən həyata keçirilib.
Mina NMikayılova
















