• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sumqayıtda ata oğluna kəsici alətlə xəsarət yetirdi

CƏMİYYƏT

28 Fevral 2024 | 21:30

Sumqayıtda ata oğluna kəsici alətlə xəsarət yetirdi

Sumqayıtda ata oğluna kəsici alətlə xəsarət yetirib.

Bükıvaxtı.az xəbər verir ki, hadisə BTZ bağlarında fərdi evlərdən birində qeydə alınıb.

Sumqayıt sakini - 1971-ci il təvəllüdlü Arzuman Əhmədov, oğlu - 1999-cu il təvəllüdl Məhəmmədəli Əhmədova mismarçıxaranla xəsarət yetirib.

1999-cu il şəxs (kişi cinsli) döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onun hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, Ə.Əhmədov saxlanılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024