• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Sumqayıtda hərbi sursat aşkarlandı - VİDEO

HADİSƏ

13 Iyun 2022 | 11:34

Sumqayıtda hərbi sursat aşkarlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 35mm-lik yandırıcı zirehdələn zenit mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Sumqayıtda hərbi sursat aşkarlandı - VİDEOSumqayıtda hərbi sursat aşkarlandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026