• Bakı C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Sumqayıtda qəzaya düşənlərdən XƏBƏR VAR: 1-i ağırdır, 2-si isə...

CƏMİYYƏT

17 Yanvar 2025 | 15:29

Sumqayıtda qəzaya düşənlərdən XƏBƏR VAR: 1-i ağırdır, 2-si isə...

​​​​​Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onlardan 1 nəfər qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, müştərək travmatik sınıqlar diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Müxtəlif bədən xəsarətləri alan 2 nəfərə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib, vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, ötən gün  "Hyundai" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub.

Nəticədə 2 nəfər hadisə yerində ölüb.

Mina Mikayılova


SON XƏBƏRLƏR