• Bakı 21° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Sumqayıtda yaşayış binasında yanğın olub - VİDEO

HADİSƏ

24 Iyun 2025 | 10:48

Sumqayıtda yaşayış binasında yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 55kv.m. olan ikiotaqlı mənzilin bir otağının və eyvanın yanar konstruksiyaları 22kv.m sahədə yanıb.

    Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.


    SON XƏBƏRLƏR