• Bakı 26° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Sumqayıtın bir hissəsində qaz olmayacaq

CƏMİYYƏT

25 Noyabr 2025 | 13:40

Sumqayıtın bir hissəsində qaz olmayacaq

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Bakıvaxtı.az-a verilən məlumata görə, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri Çerkassi küçəsi 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.

Görüləcək işlərlə bağlı sabah saat 10:00-dan etibarən, həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026