Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində yeni təyinat olub.
Bakıvaxtı.az xəbər verir ki, qurumun mətbuat xidməti şöbəsinin müdiri vəzifəsinə Sürayyə Hacıyeva təyin edilib.
Qurumun fəaliyyət istiqamətinə uyğun olaraq, Kəlbəcərdə aparılan bərpa və tikinti işləri barədə ictimaiyyətin daha operativ və şəffaf şəkildə məlumatlandırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Qeyd edək ki, S.Hacıyeva 1992-ci ildə anadan olub. Əvvəllər CBC televiziyasında və AZƏRTAC-da işləyib.
Murad İsmayıl
Bakı 



