• Bakı 23° C

    10.53 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Sürixdə onlarla reys ləğv olundu

DÜNYA

21 Iyun 2026 | 19:42

Sürixdə onlarla reys ləğv olundu

İsveçrənin Sürix hava limanında baş verən texniki nasazlıq səbəbindən 26 reys ləğv edilib, 60 reys isə gecikib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Keystone-ATS" agentliyi məlumat yayıb.

Məlumata görə, problem ABŞ və İran arasında Bürgenştok kurortunda keçirilən texniki məsləhətləşmələrlə əlaqədar bölgə üzərində uçuşlara məhdudiyyət tətbiq edilərkən yaranıb.

Bildirilir ki, nasazlıq məhdud uçuş zonasının hava məkanının idarəetmə sisteminə inteqrasiyası zamanı baş verib. Nəticədə Dübendorf hava hərəkətinə nəzarət mərkəzinin və Sürix hava limanının dispetçer sistemlərinin fəaliyyəti pozulub.

Hadisə səbəbindən 12 gələn və 14 gedən reys ləğv olunub. Bundan əlavə, azı 60 reys iki saata qədər gecikmə ilə üzləşib.

Günün ikinci yarısında hava nəqliyyatının fəaliyyəti əsasən bərpa olunsa da, İsveçrənin hava hərəkətinə nəzarət xidməti "Skyguide" yanvarın 22-si səhərədək tranzit uçuşlar üçün müəyyən məhdudiyyətlərin qüvvədə qalacağını açıqlayıb.

Qeyd edək ki, iyunun 21-də Bürgenştokda ABŞ və İran nümayəndələri arasında Qətər və Pakistanın vasitəçiliyi ilə texniki məsləhətləşmələr keçirilir. Görüşlər tərəflər arasında daha əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumunun icrasına həsr olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026