• Bakı 18° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Suriyada daha bir terror: ölənlər var

DÜNYA

08 Avqust 2024 | 08:41 | Müəllif: Əli Hüseynov

Suriyada daha bir terror: ölənlər var

Suriyanın şimalındakı Azzaz rayonunda bomba yüklü avtomobilin partlaması nəticəsində 9 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin Kilis vilayətinin qarşı tərəfindən, müxaliflərin nəzarətində olan Azzaz qəsəbəsində nəzarət keçid məntəqəsində avtomobilə yerləşdirilən bomba partlayıb.

İlkin məlumata görə, terror aktı nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hücumdan sonra ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib, yaralılar Azzaz xəstəxanasına aparılıb.

Aktla bağlı hələ ki, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR