• Bakı C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

Suriyada dövlət qulluqçularının maaşları 400% artırılacaq

DÜNYA

05 Yanvar 2025 | 23:47

Suriyada dövlət qulluqçularının maaşları 400% artırılacaq

Suriya Maliyyə Nazirliyi fövqəladə tədbir olaraq nazirliklərin inzibati strukturunun yenidən qurulmasını başa vurduqdan sonra gələn ay dövlət sektoru işçilərinin maaşlarını 400% artırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Maaş artımları mövcud hökumət resursları, həmçinin regional yardım, investisiyalar və Suriyanın xaricdəki aktivlərinin dondurulması səyləri hesabına maliyyələşdiriləcək.

Hakimiyyət bunun üçün təxminən 127 milyon dollar xərcləməyi planlaşdırır.


SON XƏBƏRLƏR