• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Suriyada vətəndaş müharibəsi - ŞƏRH

SİYASƏT

05 Oktyabr 2021 | 14:29

Suriyada vətəndaş müharibəsi - ŞƏRH

“Dünən Suriyada baş vermiş vətandaş müharibəsindən sonra ilk dəfə idi ki, Suriya prezidenti Bəşar Əsad və İordaniya kralı II Abdullah arasında telefon danışığı baş tutub. Bu telefon danışığı zamanı iki ölkə arasında mövcud olan hazırkı durum, siyasi, iqtisadi və hərbi vəziyyətin müzakirə edildiyi qeyd edilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov bildirib.

O, qeyd edib ki, burada önəmli olan digər bir məsələ isə vətəndaş müharibəsi zamanı ABŞ-ın təkidi ilə və Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə 2011-ci ilin oktyabr ayında Suriya Ərəb Ölkələri Birliyindən xaric edildi:

“Həmin ərəb ölkələri Suriyanı birlikdən çıxartmaqla kifayətlənmədilər, üstəlik Suriyadakı səfirliklərini bağladılar. Məsələ burasındadır ki, həmin proseslərin içərisində İordaniya da vardı.

Təbii ki, Ərəb ölkələrinin hamısının Suriya ilə əlaqələrini kəsdiyini demək yalnış olar. Oman, Misir, Şimali Afrikanın Ərəb ölkələri və İraq Suriya ilə münasibətlərini davam etdirdi.

Bəşər Əsad rejminin ayaqda qalmasına ilk dəstəyi İran verdi. İran özünə yaxınlığı ilə tanınan və Livanda yerləşən silahlı qruplarının dəstəyi ilə Əsada dəstək verməyə başladı. Daha sonra Əfqanıstanda və Pakistanda yaşayan şiə əsilli döyüşçülər də Əsada dəstək verməyə başladı. Nəhayət, 2015-ci ildə Rusiyanın Əsadə dəstəyi başladı və Əsad hakimiyyətə qala bildi. İndi isə Suriyada İŞİD və digər silahlı qüvvələrin fəaliyyəti məhdudlaşıb. Həm də bəzi ərəb ölkələrinin terrorçu qruplaşmalara verdiyi dəstəyə baxmayaraq Bəşər Əsad Müəmmar Qəddafi, Hüsnü Mübarək və digərləri kimi hakimiyyətdən getmədi”.

“2011-ci ildə Suriyanı Ərəb Ölkələri Birliyindən çıxaran həmin ölkələrin indi vəziyyətlə barışmağa məcbur olduğu görünür. Ona görə də son zamanlar həmin ölkələrin Suriya ilə əlaqə qurması istiqamətində addımlar atdığını görmək mümkündür.

Hesab edirəm ki, bundan sonrakı məsələlərdə digər ərəb dövlətləri də Suriya ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atmağa başlayacaqlar.

Bunun isə bir neçə səbəbi ola bilər.

1) Suriya Ərəb Respublikasında İranın və Rusiyanın təsirini azaltmaq.

2) Suriyanı İsrailə qarşı sərgilədiyi düşmən mövqeyi yumşaltmaq.

3) ABŞ-dan sonra regionda digər güclərin təsirini kifayət qədər azaltmaq və s.

Hər vəziyyətdə onu qeyd etmək mümkündür ki, Əsad Rusiyanın və İranın dəstəyi ilə hakimiyyətdə qala bildi. Bu isə həmin ölkələri yeni reallıqla barışmağa məcbur edir” – deyə, politoloq qeyd edib.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026