• Bakı 14° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Surovikin həbs edilib?

DÜNYA

30 Iyun 2023 | 00:43

Surovikin həbs edilib?

Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin həbs olunmayıb. General dindirildikdən sonra buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Vajnıye istorii” nəşri məlumat yayıb.

Nəşrin mənbələri Surovikinin “Vaqner” lideri Yevgeni Priqojinin qiyamında iştirakı ilə əlaqədar həbsini təsdiqləməyiblər.

Baş Qərargah və FTX-yə yaxın mənbələr bildirib ki, general həbs olunmayıb və Moskvadakı Lefortovo təcridxanasına aparılmayıb.

“Baza” Teleqram kanalı da bildirib ki, Surovikinin qızı atasının iş yerində olduğunu təsdiqləyib. Generalın həyat yoldaşı isə məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Qərb nəşrləri general Surovikinin və onun müavini general-polkovnik Yudinin Priqojin qiyamına görə saxlanıldığını və Lefortovodakı təcridxanaya salındığını yazmışdı. Lakin Yudin həbs olunma xəbərini təkzib edərək, məzuniyyətdə olduğunu və evdə dincəldiyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026