• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səudiyyə Ərəbistanının Ukrayna ilə bağlı planları məlum oldu

DÜNYA

30 Iyul 2023 | 00:16 | Müəllif: Subhan Mahmudov

Səudiyyə Ərəbistanının Ukrayna ilə bağlı planları məlum oldu

Səudiyyə Ərəbistanı avqustun əvvəlində Qərb ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, avqustun 5-dən 6-dək Ciddədə keçiriləcək görüşə 30 ölkədən yüksək səviyyəli rəsmilər gələcək, lakin Rusiya bu siyahıda yoxdur. Böyük Britaniya, Aİ, Polşa və Cənubi Afrika artıq danışıqlarda iştirakını təsdiqləyib. Mənbənin sözlərinə görə, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın da iştirakı gözlənilir.

Danışıqlarda iştirak edənlərin dəqiq sayı hələlik məlum deyil. Ehtimal olunur ki, tədbirdə iyunun 24-də Kopenhagendə Ukrayna üzrə ilk beynəlxalq toplantıda iştirak edən bütün dövlətlər qatılacaq.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR