• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

 Şuşada aşkarlanan “İskəndər-M” raketidir - ANAMA

GÜNDƏM

02 Aprel 2021 | 17:21

Şuşada aşkarlanan “İskəndər-M” raketidir - ANAMA

"Agentlik tərəfindən Şuşada aparılan təmizləmə əməliyyatı zamanı 15 martda iki müxtəlif yerdən raket qalıqları aşkar olundu".

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib. Onun sözlərinə görə, aparılan tədqiqat zamanı raketin üzərində 9M723 indeks kodu yoxlanılıb.

"Bu zaman məlum olub ki, bu, "İskəndər" raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədir. Son aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlindi ki, bu "İskəndər-M" raketidir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir", - deyə İdris İsmayılov vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026