• Bakı 16° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Akopyan: “Rəhbərlik bizə deyir ki, Xankəndi Azərbaycanındır”

GÜNDƏM

02 May 2021 | 15:25

Akopyan: “Rəhbərlik bizə deyir ki, Xankəndi Azərbaycanındır”

Xankəndidə separatçı “deputat”lardan olan Metaxe Akopyanın Ermənistan mediasına verdiyi müsahibə Qarabağdakı vəziyyəti anlamağa imkan verir.

Akopyanın dediklərindən çıxan nəticələr:

"Müharibədən 6 ay keçsə də, erməni əhalsinin həyatında heç bir irəliləyiş yoxdur, əksinə, sosial problemlər artıb və separatçı rejim problemlərin həlli ilə məşğul olmur, əhalinin bölgəni tərk etməsi perspektivi aktualdır.

Separatçı rejimin daxilində çaxnaşma və qarşıdurma var.

Xankəndi ətrafında zaman-zaman atəş səsləri eşidilir (bu, Akopyanın iddiasıdır).

Daha çox onun bu sözləri diqqət çəkir: “Rəhbərlikdən” (atəşlə bağlı – red.) soruşanda bizə deyirlər ki, bu normaldır, çünki ən azından bu şəhərin Azərbaycanın olduğunu nəzərə almalıyıq. Sülhməramlıların nə etdiyini soruşanda bildirirlər ki, onlarla danışmışıq, bunu tənzimləməyə çalışırlar".

Xankəndidə istədiyimizə nail olana qədər nə ermənilərə, nə də sülhməramlılara rahatlıq verməliyik.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026