• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Lider TV”nin əmlakını “Teleqüllə”nin rəhbəri satacaq

GÜNDƏM

01 Iyun 2021 | 10:24

“Lider TV”nin əmlakını “Teleqüllə”nin rəhbəri satacaq

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş “Lider TV və Radio-Azərbaycan” MMC-yə əmlak inzibatçısı təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur.

Xatırladaq ki, ötən gün bağlanmış teleradio şirkəti "Teleqüllə"yə borclu olub. Odur ki, onun əmlakını da “Teleqüllə”nin rəhbəri satacaq.

Kreditorlar suallarla bağlı əmlak inzibatçısına və yaxud “Lider TV və Radio-Azərbaycan”ın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayet Mehdiyev küçəsi, ev 83/23 ünvanına müraciət edə bilərlər. Telefon: (12) 497-61-58; 497-88-99.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR