• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir” - Ərdoğan

SİYASƏT

15 Iyun 2021 | 18:12

“Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir” - Ərdoğan

Azərbaycan xalqını Qarabağ Zəfəri münasibətilə bir daha təbrik edirəm. Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatında bildirib.

İşğaldan azad olunan ərazilərin bərpası prosesinin sürətlə həyata keçirildiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik”.

Türkiyə Prezidenti Azərbaycana haqlı mübarizəsində olduğu kimi, yenidənqurma işlərində də hər cür dəstək verdiklərini və bu dəstəyi göstərməkdə davam edəcəklərini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026