• Bakı 17° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bu halda bağlanan bankların sayı artacaq - DEPUTAT AÇIQLADI

İQTİSADİYYAT

19 Oktyabr 2023 | 13:29 | Müəllif: Subhan Mahmudov

Bu halda bağlanan bankların sayı artacaq - DEPUTAT AÇIQLADI

“Son illər bank sistemində problemlər artıbdır. Çünki iri banklar kifayət qədər vəsaitləri var. Kiçik banklar onlarla rəqabət apara bilmədiyi üçün yavaş-yavaş dövriyyədən çıxır”. 

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib. 

O qeyd edib ki, kommersiya banklarının bağlanmasında siyasi qərarın olması iddiası həqiqətəuyğun deyil: “Bank vəsait toplaya bilmir, dövriyyəsi azdır, öhdəliklərini yerinə yetirə bilmir. Ona görə də Mərkəzi Bank yoxlayır və qanunauyğun olaraq lisenziyasını ləğv edir”. 

Deputat deyib ki, bank qanunvericiliyinə görə, banklar depozitlərini, əmanətlərini, kreditlərini və mənfətini açıqlamalıdır: “Ona görə açıqlamalıdır ki, vətəndaş hansı banka əmanət qoyacağını bilsin, hansı bankdan kredit götürə biləcəyini bilsin.   
Onu da bildirim ki, dövriyyəsi qənaətbəxş olmayan, müştərilərilə işləyə bilməyən və problemli kreditləri çox olan banklar varsa, bağlanan bankların sayı artacaq. Unutmayaq ki, iri bankların böyük vəsaitləri var. Onların yanında kiçik banklar rəqabət apara bilməyəcək”.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026