• Bakı 7° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Taksi sürücüsü sərnişini narahat edirsə... - Hüquqşünas DANIŞIR

CƏMİYYƏT

14 Iyun 2023 | 10:28 | Müəllif: Qalib İbrahimoğlu

Taksi sürücüsü sərnişini narahat edirsə... - Hüquqşünas DANIŞIR

May ayında “Uber” və “Bolt” şirkətlərində çalışan, qadın sərnişinlərə əxlaqsız təkliflər edən, eləcə də narkotik alveri ilə məşğul olan 69 taksi sürücüsü saxlanılıb.

Ümumi nəzər yetirdikdə də görürük ki, il ərzində taksi sürücüləri ilə bağlı minlərlə şikayət daxil olur. Şikayətlərin böyük əksəriyyəti də qadınlara edilən əxlaqsız təklif və təhdidlərlə bağlıdır. Belə ki, sürücülər taksi xidmətindən istifadə edən xanımlara sözlü təcavüz edir, yol boyu narahat edir.

Qeyd edək ki, hətta sərnişinləri ölümlə hədələyən sürücülər də var.

Hüquqşünas Ələsgər Məmmədli, Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, istənilən şəxsə yönəlik hər hansı şəxsi hücum varsa, hər kəsin şikayət etmə hüququ var: “Bura əxlaqsız təklif, müştərini narahat etmək də daxildir”.

Onun sözlərinə görə, bu hal taksi sürücüsü tərəfindən baş verirsə, bu zaman maşının nömrəsini də bildirərək şəxsin şikayət etmə hüququ var. Müştəri bununla bağlı polis bölməsinə yazılı şikayət verə bilər”.

Hüquqşünas qeyd edib ki, sərnişin sürücünü birbaşa prokurorluğa verərək araşdırılmasını tələb edə bilər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026